Ötən mövsüm Region Liqasının finalına qədər irəliləyən "Xan Lənkəran"ın yeni sezonda harda mübarizə aparacağı sual altındadır.

AFFA əyalət təmsilçisinin Birinci Diviziondakı iştirakına icazə verməyib.

Bu məsələ ilə bağlı cənubluların mətbuat xidmətinin rəhbəri Famil Məmmədovla əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hazırda komanda ilə bağlı işlər gedir. Yaxın günlərdə "Xan Lənkəran"ın taleyinə aydınlıq gələcək".

 

O, hazırda komandada çıxış edən futbolçular barədə də fikir bildirib: "Bütün futbolçular rəhbərliyin qərarını gözləyirlər. Oyunçular da verilən qərara uyğun addım atacaqlar".

Cavid Əliyev