"Xan Lənkəran"ın yeni mövsümdə harada çıxış edəcəyi sual altındadır.
AFFA hələ də cənubluların Birinci Divizionda oynamasına icazə vermir.
Məsələ ilə bağlı "Xan Lənkəran"ın qapıçısı və uzun illər "Xəzər Lənkəran"da oynamış Orxan Sadıqlı ilə əlaqə saxladıq.
29 yaşlı qolkiper Offsideplus.az-a açıqlamasında yeni mövsüm üçün ümidli olduqlarını dedi:
"Futbolçular yeni mövsümədən də komandada olacaq. İnşallah, AFFA bizim Birinci Divizionda oynamağımız haqda müsbət qərar verər. Bizim rəhbərliyin də hədəfləri böyükdür. Mən "Xan Lənkəran"ı Azərbaycan futbolunun körpüsünə bənzədirəm. Çünki Lənkərandan hər zaman yaxşı oyunçular çıxıb. Məsələyə siyasi baxımındam baxmıram, amma işlər mənfiyə doğru getsə, bir çox ailələr ruzisiz qalacaq. Uşaqların qazanc mənbəyi idi. İnanıram ki, bizim xeyrimizə olan qərar veriləcək".
Sadıqlı təkliflərin olub-olmaması barədə də danışıb: "Təklif yoxdur, amma mən özüm bütün təkliflərə açığam. "Xan Lənkəran" olmasa özümə yeni klub tapacam".
Cavid Əliyev