"Mançester Yunayted"in futbolçusu Aaron Van-Bissaka "Atletiko"ya keçəcək.
Offsideplus.az "Todofichajes"ə istinadən xəbər verir ki, növbəti mövsümdən "qırmızı şeytanlar"a rəhbərlik edəcək Erik ten Haqın planında yer almayan 24 yaşlı müdafiəçi "matrasçılar"la anlaşacaq. Madrid təmsilçisi ingiltərəli oyunçunu yayda komandanı tərk edəcək Sime Vrsalykonun yerinə düşünür.
Qeyd edək ki, Van-Bissaka "Mançester Yunayted" forması ilə bu mövsüm 26 rəsmi matçda meydana çıxıb.