AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.
1/2 final mərhələsinin “Neftçi” – “Zirə” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur.
Premyer Liqanın 25-ci turunun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
“Qarabağ” klubunun azarkeşləri “Sabah” klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur.
“Qarabağ” klubunun futbolçusu Patrik Andrade ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
25-ci turun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
25-ci turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun futbolçusu Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.