"Son oyunlar məğlub olurduq və bu da bizə pis təsir edirdi".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.
O, dünənki "Qəbələ"yə 3:0 qalib gəldikləri oyun haqda bunları danışıb:
"Sonuncu dəfə keçən il öz meydanımızda "Qarabağ"a qalib gəlmişdik. Dünən də evdə "Qəbələ"ni udduq. Yaxşı oynadıq. Rəqibin avrokuboklara oynaması bizi maraqlandırmırdı. Meydana çıxıb öz oyunumuzu göstərməyə çalışdıq. Şükürlər olsun, istəyimizə çatdıq. Çox da qol vura bilərdik. Bu, növbəti oyunlar üçün bizə çox kömək olacaq. "Qəbələ"yə də uğurlar arzulayıram. İnşallah, Avropada bizi layiqincə təmsil edərlər".
Nağıyev rəqib komandanın futbolçusu Ruan Renatonun meydanda olmamasının "Qəbələ"yə təsir etdiyi fikrinə də münasibət bildirib:
"Ruan Renato oynamadığı oyunlarda "Qəbələ"nin çətinlik çəkdiyini görürdük. Amma dünənki matçda Ruan da olsaydı, "Qəbələ"yə kömək olmayacaqdı".
Cavid Əliyev