AFFA İntizam Komitəsi "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb 1 Divizionun 16-cı turunda keçirilən “Qaradağ Lökbatan”  – “Neftçi-2” oyununda matçın 42-ci dəqiqəsində qonaqların 22 nömrəli oyunçusunun hakimi təhqir etməsi olub.O, birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb və  klub 320 manat cərimə olunub.