Dieqo Kosta yenidən Braziliyada çıxış edə bilər.
Offsideplus.az "ge.globo.com"a istinadən xəbər verir ki, adıçəkilən ölkənin "Korintians" klubu 33 yaşlı hücumçuya təklif göndərib. Lakin futbolçu bu barədə hər hansı açıqlama verməyib.
Həmçinin, "Fənərbağça" da Brazilya əsilli ispan oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Kosta karyerası ərzində "Atletiko" ( Madrid ) və "Çelsi" kimi önəmli klubların şərəfini qoruyub. Onun son klubu Brazilya təmsilçisi "Atletiko Mineyro" olub.