Qadınlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi fevralın 14-dən 23-dək olacaq.

Toplanış Bakıda təşkil olunacaq. Komandamız hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Millimiz fevralın 20-də və 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma “Dalğa Arena”da olacaq. Hazırlıq prosesinə 23 futbolçu çağırılıb.