Bu gün "Xan Lənkəran" PFK-nın prezidenti Pərviz Hüseynov ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov arasında görüş keçirilib.
Offsideplus.az "Xan Lənkəran"ın rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, görüşdə "Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib.
Bundan sonra "Xan Lənkəran" PFK öz ev oyunlarını "Fırtınalar meydanı"nda keçirəcək.
Qeyd: "Xəzər Lənkəran" adını Mübariz Mənsimov "Xan Lənkəran" PFK klubunun prezidentinin ixtiyarına verib.