Region Liqasında çıxış edən "Xan Lənkəran" klubu Türkiyənin Antalya şəhərinə yollanır.

Offsideplus.az xəbər verir ki, cənub təmsilçisi yanvarın 26-dan fevralın 4-dək – 10 gün Antalyada təlim-məşq toplanışında olacaq.

Lənkəranlıların idman direktoru Emin Təyyaroğlu saytımıza verdiyi açıqlamada toplanış çərçivəsində iki yoldaşlıq görüşü keçirəcəklərini bildirib. O, heyətlə bağlı problemin olmadığını deyib:

"Komandamız yanvarın 26-da Türkiyənin Antalya şəhərinə yollanacaq. 10 günlük toplanış çərçivəsində iki yoldaşlıq oyunu keçirəcəyik. Rəqiblər hələlik bəlli deyil, orada müəyyənləşəcək. Komandanın heyətində zədəli futbolçu yoxdur. Antalyaya tam heyətlə gedirik".

Qeyd edək ki, Premyer Liqa təmsilçilərindən "Qarabağ", "Neftçi", "Sumqayıt", "Sabah", "Zirə" və "Qəbələ" də toplanışı Antalya şəhərində keçir. "Səbail" və "Keşlə" isə Bakıdadır.