U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya U-21 millisi ilə qarşılaşacağı matçın hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan referilərə tapşırılıb. Baş hakim Miloş Milanoviç olacaq. Ona həmyerliləri olan Matiya Olayos və Yovan Grujic kömək edəcəklər. Dördüncü hakim isə Marko Sreçkoviçdir.
12 noyabr
21:00. Azərbaycan - Avstriya
Hakimlər: Miloş Milanoviç, Yovan Grujic, Matiya Olayos Nadj, Marko Sreçkoviç
"Bakcell Arena"