Türkiyəli məşqçi Samət Aybaba Azərbaycan millisini çalışdıracağı ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssis bunları deyib:
"Maraq var. Görüşlərimizin oduğunu deyə bilərəm. Amma rəsmi olaraq bir razılaşma yoxdur. Görüşmələrimiz davam edir".
Qeyd edək ki, daha əvvəl digər türkiyəli mütəxəssis Okan Burukunda adı millimizlə hallanmışdı.