Canni de Byazi ilə əməkdaşlığı uzatmaq niyyəti olmayan AFFA artıq indidən Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərin siyahısını tərtib etməyə başlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıda Kristian Panuççi, Valter Zenqa, Branko İvankoviç və yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki kimi məşqçilərin adları yer alıb.
Qeyd edək ki, De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatır.
Mənbə: sportlife.az