19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində ilk matçına çıxıb.
Seçməmiz Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirib. Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.
Qeyd edək ki, oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.