Paytaxt Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, “Sumqayıt” komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb. U-17-nin heyətində Musa Məmmədov fərqlənib.

Qeyd edək ki, seçməmiz sentyabrın 25-də Birinci Divizion təmsilçisi “Keşlə-2” komandasına qarşı keçirdiyi ilk yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlmişdi.