Azərbaycan Birinci Divizionunda 2-ci tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə dörd oyun keçirilib.
“Qaradağ Lökbatan” – “Kəpəz” matçında qalib müəyyənləşməyib. “Qarabağ-2” “Sumqayıt-2” ilə, “Zaqatala” “Turan Tovuz”la, “Keşlə-2” isə “Sabah-2” ilə oyundan qalib ayrılıb.
Birinci Divizion
2-ci tur
22 sentyabr
"Qaradağ Lökbatan" – "Kəpəz" 1:1
Qol: Ü.İsmayılov, 90+1 – T.Rzayev, 56-pen.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Cavid Cəlilov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
"Qarabağ-2" – "Sumqayıt-2" 2:1
Qol: Mehdi Tahirov, 80. Nihad Quliyev, 90+1 – Nicat Əliyev, 88.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Səbuhi Bayramov.
Binə qəsəbə stadionu, 15:30.
"Zaqatala"– "Turan Tovuz" 3:0
Qol: İbrahim Əliyev, 37; 51. Mahmud Məmmədov, 75.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elman Kərimov, Elvin Bayramov.
Zaqatala şəhər stadionu, 15:30.
"Keşlə-2"– "Sabah-2" 1:0
Qol: A.Abanq, 65.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
“ASK Arena”, 17:30.