Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Azərbaycanla keçiriləcək qarşılaşmadan öncə media nümayəndələrinin suallarının cavablandırıb.
Offisdeplus.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi sabahkı matda qalibiyyətdən başqa heç nə düşünmədiklərini deyib:
“Azərbaycan millisi ilə oyunda diqqətli olmalıyıq, lakin qrupun taleyinə Serbiya ilə matçda aydınlıq gələcək. Sabah bizi meydanda nə etmək istədiyini anlayan və intizamlı komandalı gözləyəcək.
- Azərbaycanla matçdan gözləntiləriniz nədir?
- Azərbaycan millisi həm müdafiədə, həm də hücumda problem yarada biləcək komandadır. Hər iki hissədə diqqətli olmalıyıq və rəqibə boş zona verməməliyik.
- Son zamanlar Portuqaliya yığması çox qol buraxır…
- Biz həmişə yaxşı futbol sərgiləyirik, amma uğursuzluq olur. Düz deyirsiniz, son zamanlar komanda çox qol buraxır və komanda olaraq bunda günahkarıq, rəqiblərə ks-hücumlar yaratmağa imkan veririk.
- Qətərlə matçda əsas heyətin bir çox üzvü oynamadı. Bunun səbəbi nədir?
- İrlandiya ilə matçdan (2:1) sonra futbolçulara istirahət verdik. Heyətdə olan bütün oyunçulara güvənimiz tamdır, ona görə hər oyuna fərqli strategiya ilə çıxırıq.
- Azərbaycan yığmasınn heyətində kimi qeyd edə bilərsiz?
- Fərdi olaraq Azərbaycan yığmasını analiz etməmişik. Lakin rəqibin çox yaxşı və təcrübəli baş məşqçisi var. Onlar sıx müdafiə olunmağı bacarır. Hər bir halda, sabahkı qarşılaşmaya hazırıq.