17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Offsideplus.az-ın məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan yığmaya daha bir oyunçu cəlb edilib.
İlkin Cəfərli komandanın düşərgəsinə qoşulub. “Qarabağ” klubunun üzvü komandanın hazırlıqlarında iştirak edəcək.
Qeyd edək ki, U-17 Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək.