19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 1-dən 8-dək Serbiyanın Subotiça şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, millimiz bu məqsədlə avqustun 30-dan 31-dək Bakıda, sentyabrın 1-dən 8-dək isə Serbiyada hazırlıq keçəcək. Milli komandamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
3 sentyabr, saat 18:30
Serbiya - Azərbaycan
 
5 sentyabr, saat 18:30
Macarıstan - Azərbaycan
 
7 sentyabr, saat 17:15
Azərbaycan - Monteneqro