Qadın voleybolçular arasında Avropa birinciliyinin final mərhələsi keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması bu gün növbəti matçına çıxıb.
Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv Rusiya ilə qarşılaşıb. İlk iki turda Belçika ilə Bosniya və Herseqovinaya quru hesabla uduzan yığmamız güclü rəqib önündə də aciz qalıb. Komandamız nəinki xal, hətta set belə qazana bilməyib. Millimiz çempionata ikinci heyətlə gələn şimallılara da 0:3 hesabı ilə uduzub. Bu məğlubiyyət komandamızın 1/8 final şansını daha da qəlizləşdirib.
AVRO-2021
Qrup mərhələsi
A qrupu, III tur
22 avqust
19:00. Rusiya – Azərbaycan - 3:0 (25:16, 25:17, 25:13)
Belqrad. “Ştark Arena”