“Sürətlə inkişaf edən yığmanın sükanı arxasında 3 gözəl il keçirdim. Bu, mənim üçün əla təcrübə oldu. Seçmə mərhələdə rekord sayda xal topladıq”.
Offsidplus.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqaovina mətbuatına açıqlamasında millimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib. Bakıdakı günlərini xatırlayan xorvatiyalı mütəxəssis maraqlı fikirlər səsləndirib:
“Bakı fantastik şəhərdir. Bu meqapolis mənim çox xoşuma gəlir. Onlar işin mahiyyətini başa düşürlər və bilmədikləri şeylərə qarışmırlar. Lakin müəyyən sahələrə xərc çəkərək, mütəxəssislər cəlb edirlər. Bu səbəbdən də hazırda qitənin ən inkişaf etmiş ölkələrinə uyğun yerdədirlər. Bu, bütün mənalarda - infrastruktur, təşkilati struktur və nəticələr baxımından belədir. "Qarabağ"a baxın, onlar Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandılar".
Qeyd edək ki, Prosineçki hazırda Bosniya və Herseqovina millisini çalışdırır.(qol.az)