Bu gün əvəzedicilərin çempionatında 2017/18 mövsümünə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, mövsümün və 28-ci I turun son qarşılaşmasında “Səbail” və “Keşlə” qarşılaşıb.

“Bayıl Arena”dakı matç formal xarakter daşıyıb. Belə ki, “Səbail” çempionluğu təmin etdiyindən, Keşlənin eyniadlı təmsilçisi mükafat şansını itirdiyindən görüş əhəmiyyət daşımayıb.

 Mövsümün formal finişi qolsuz bərabərliklə nəticələnib – 0:0.

Əvəzedicilərin çempionatı

XXVIII tur

19 may

Səbail” – “Keşlə” – 0:0