Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə çıxış etdiyi "Sabah" klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
O, karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubunda davam etdirəcək.
Bəhlul Mustafazadə 2019-cu ildən "Sabah"da çıxış edirdi.