Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümün son turuna start verilib.

Offsideplus.az xəbər verir ki, bu gün 3 oyun keçirilib.

“Qəbələ” - “Qarabağ” görüşündə qol olmayıb.

 “Sumqayıt” - “Zirə” matçında tərəflər hərəyə bir dəfə fərqlənsələr də, burda da qalib müəyyənləşməyib.

Yevlaxda “Kəpəz”lə qarşılaşan “Neftçi” isə səfərdən inamlı qələbə ilə qayıdıb – 2:0.

Artıq turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşmış komandalar bəllidir. Belə ki, sabah “Keşlə” ilə qarşılaşacaq “Səbail” bir oyun əskik olsa da, liderliyi təmin edib. “Qəbələ” ikinciliyi, “Zirə” isə üçüncülüyü təmin edib.

Əsas komandası çempion olan “Qarabağ” isə “ilk üçlük”dən kənarda qalıb.

Əvəzedicilərin çempionatı

XXVIII tur

18 may

“Kəpəz – Neftçi – 0:2
Qollar:
 Elnur Süleymanov, 9. Murad Hüseynov, 74.
Hakimlər: Etibar Həsənov, Habil Əliyev, Fehruz Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Yevlax şəhər stadionu.

Sumqayıt – Zirə 1:1
Qol
lar: Fərid Kərimzadə, 82 – Əziz İsmayılov, 85.
Hakimlər: Ramiz Məhərrəmov, Kənan Məlikov, Vüqar Bayramov, Vüsal Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
 

“Qəbələ” – “Qarabağ” – 0:0
Hakimlər: Anar Göyçayski, Rəşadət Cəfərov, Rəşad Xasıyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança.