Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı həmyaşıdları ilə qarşılaşan seçməmiz 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub.
Qeyd edək ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə rəqibin qələbəsi ilə yekunlaşmışdı.