AFFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında “Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunması məsələsinə baxıb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı AFFA tərəfindən FİFA-ya müraciət ünvanlanıb. Layihə FİFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FİFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.