Başa çatan mövsümdə Birinci Divizionda iştirak etməyən "Səbail-2" növbəti çempionatda mübarizəyə qoşulacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klub rəhbərliyi sonuncu görüşdə qərar qəbul edib. Rəhbərlik gənc futbolçuların inkişafı və təcrübə toplaması üçün "divizionda" əvəzedici komandanın iştirakını məqsədəuyğun sayıb.
Qeyd edək ki, sonuncu mövsümdə Birinci Divizionda 10 komanda mübarizə aparırdı.