Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda Premyer Liqanın 28-ci turun görüşlərinə baxılıb və oyunlarda baş verənlərlə bağlı qərarlar qəbul olunub. 
“Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
“Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
Matçın 75-ci dəqiqəsində “Keşlə”  klubunun 10 nömrəli futbolçusu Sezar Meza Kolli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimələnir. (maddə 36.1)
 
“Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)
 
“Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir. (maddə 60)
 Mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnir. (maddə 74.4)
 Oyun vaxtı dəhlizə “A” buraxılışı olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimələnir. (maddə 49.6)
“Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimələnir. (maddə 47)
 “Qarabağ” klubunun mühafizəçiləri dəhlizdə, hakimlər otağının qarşısında iştirak etdiyi üçün klub 800 manat cərimələnir. (maddə 60)