AFFA İntizam Komitəsi Birinci Divizionda mübarizə aparan "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

Offsideplus.az xəbər verir ki, Lökbatan təmsilçisi 27-ci turun "Qaradağ-2" ilə görüşündə adı protokolda olmayan futbolçunu meydana buraxıb.

Nəticədə Ağdam təmsilçisinə 3:0 hesablı texniki qələbə verilib, klub həmçinin 400 manat məbləğində cərimələnib.

Bununla yanaşı, “Qarabağ-2”nin futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, komanda 20 manat cərimə olunub. Ağdamlılar oyun protokolunu gecikdirdiyi üçün əlavə 80 manat da cərimə ödəyəcək.