AFFA İntizam Komitəsi Premyer Liqanın 24-cü turunda yaşananları gözdən keçirib.

Offsideplus.az xəbər verir ki, iclasda əsas söhbət mövzusu "Sabah" - "Neftçi" (2:2) matçında yaşananlar olub ki, hər iki kluba ümumilikdə 13200 manatlıq cərimələr kəsilib, "Neftçi"nin baş məşqçisi Samir Abasovla "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə ağır cəzalara məruz qalıb.

“Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunub. (maddə 40)
“Sabah” klubunun futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. (maddə 47)
“Sabah” klubunun futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. (maddə 47)
Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. (maddə 41.3)
“Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
“Neftçi” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. (maddə 39)
“Neftçi” klubunun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır klub 4000 manat cərimə olunur.