Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, o, Bosniya və Hersoqovina millisinə baş məşqçi təyin edilib. Ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bu gün Terme şəhərində keçirilən iclasında bu qərar verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

R.Prosineçki yeni işinə bu ayın sonunda başlayacaq. O, milliNİ yanvarın 28-də Los-Ancelesə təlim-məşq toplanışına aparacaq. 3 gün sonra komanda Meksika ilə yoxlama oyunu keçirəcək.