Türkiyə millisində koronavirusa kütləvi yoluxma halı baş verib.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Latviya ilə oyundan öncə dörd nəfərin testi müsbət çıxıb. Artıq adlar da açıqlanıb. Bunlar Cenk Tosun, Dorukhan Toköz, Emre Kılınç və Kaan Ayhandır. Adları çəkilənlər millinin düşərgəsindən azad olunublar.
Qeyd edək ki, martın 30-u keçiriləcək Türkiyə - Latviya görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.