AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da Azərbaycan milli komandasının heyəti ilə görüşüb.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən AFFA-nın prezidenti ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib. R.Abdullayev dünya çempionatının seçmə mərhələsi ərəfəsində millimizə uğurlar arzulayıb.
Yığma komandamızın baş məşqçisi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.
{gallery preview_height=400}2021-03-20/rov-1/{/gallery}