"Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Maksim Medvedev bu gün 2022-ci il dünya çempionatının seçmə oyunları üçün yığmanın Bakıda təlim-məşq toplanışına qoşulub.
Offsideplus.az xəbər verir ki, Medvedev bu gündən millimizin hazırlıq prosesində yer alacaq. 31 yaşlı müdafiəçi martın 15-dən başlanmış hazırlıq prosesinin ilk günlərində iştirak etməyib. Həmin vaxt o, millinin baş məşqçisi Canni De Byaziyə müraciətində şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi onun xahişini müsbət cavablandırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Allianz Arena"da Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə qarşılaşacaq.