"Sabah" klubunun futbolçusu Kevin Kubemba 2018-ci ildə "Səbail"ə keçidi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Kubemba getdiyi yeni məkanlara tez uyğunlaşdığını bildirib:
"Bu, səyahət edən hər bir futbolçunun həyatının bir hissəsidir. Bakıya gələndə şəhər məni təəccübləndirdi. Şəhərin gözəl yerində yaşadığımız üçün xoşbəxtik. Evimizdən Xəzər dənizi cəmi iki dəqiqə məsafədədir, amma orada üzə bilməzsən, axınlar çox güclüdür".
"Səbail"ə qədər Bolqarıstanın MOİK klubunda çıxış edən futbolçu, paytaxt Sofiya ilə Bakını müqayisə edib:
“Sofiyanı sevirdim. Tamamilə bilinməyən bir yerə gələndə oranın tarixinə, mədəniyyətinə maraq göstərməyə çalışıram. Hər ikisi gözəl şəhərdir və ortaq cəhətləri çoxdur".
27 yaşlı fransalı forvard, iki ildən çoxdur anası, qardaş-bacısı və uşaqlıq dostlarını görmədiyini vurğulayıb:
“Əlbəttə, onlar üçün darıxıram. Əlaqə saxlamağın bir çox yolu var, ancaq fiziki varlığı əvəz etmir. Bolqarıstanda dəfələrlə olduğu kimi ailəm hələ Azərbaycana gəlməyib".


