17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Tovuzda hazırlıq keçir.
Offsideplus.az xəbər verir ki, "Turan Tovuz" Futbol Akademiyasında məskunlaşan yığma üzvləri hazırlıq prosesində ilk yoldaşlıq görüşünə çıxıb. Rəqib Birinci Divizionun lideri "Turan Tovuz" olub. Maraqlı keçən görüşdə ölkənin 17 yaşa qədər seçmə futbolçuları lider üzərində qələbə qazanıb - 2:0.
U-17-nin qollarını Nahid Əliyevlə Sənan Ağalarov vurub.