Fevralın 21-də rusiyalı Danil Medvedevi üç setin hamısında məğlub edən Novak Cokoviç 9-cu dəfə "Australian Open" kubokunun qalibi adını qazandı.

Hazırda dünyanın "1 nömrə"si hesab olunan "Böyük Dəbilqə"nin 18 qat qalibi final qarşılaşmasından sonra Melbrundakı dəniz sahilində kubokla fotosessiya etmək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, insanlar Cokoviçi tək buraxmayıb. Xeyli sayda jurnalist və gözləmədiyi qədər azarkeş məşhur simaya qumun üstündə istədiyini həyata keçirməyə imkan verməyib. Avarkeşlərin arasında xanımı hamilə olan cütlüyü görən Novak onu səsləyən həmin xanıma yaxınlaşıb. Hamilə qadın köynəyini qaldıraraq Cokoviçdən qarnına çempionluq imzası atmasını xahiş edincə, tennisçi imtina etməyib.

Nəticədə aşağıdakı maraqlı görüntü yaranıb. 

3000251 61560748 2560 1440

beremennaya