"Zirə" - "Sabah" oyunu (2:2) Fofana Tiemoko üçün xoş olmayan hadisə ilə yadda qaldı.
İkili mübarizədə zədələnən futbolçu ağır zərbə aldığından, 73-cü dəqiqədə yerini Ramil Şeydayevə verməli oldu. Görüşdən sonra "tələbələr"in baş məşqçisi Visente Qomes Fofananın dişlərinin sıbdığını və təcili xəstəxanaya aparıldığını bildirmişdi.
Offsideplus.az xəbər verir ki, Tirmokonun durumu normaldır. Klubun mətbuat katibi Elnur Həmidovdan aldığımız bilgiyə görə, Fil Dişi Sahilindən olan futbolçunun 3 dişi sınıb, dodağına tikiş atılıb. Xoşbəxtlikdən beyin silkələnməsi yoxdur. İki gün istirahət edəndən sonra kollektiv məşqlərə qoşulacaq.
Qeyd edək ki, "Sabah" fevralın 19-da "Səbail"in qonağı olacaq. Fofananın bu matçda əsas heyətdə yer alacağı inandırıcı deyil.


