"Sabah"ın yollarını ayırdığı futbolçusu Ulisse Diallo Macarıstan klubu ilə məşqlərə başlayıb.
Offsideplus.az "csakfoci.hu" saytına istinadən xəbər verir ki, 28 yaşlı forvard "Mezőkövesd" klubu ilə razılığa gəlib. Diallonun baş məşqçi Attila Pinterin rəhbərlik etdiyi "Mezőkövesd" və "Akademika" komandalarında çıxış etdiyini nəzərə alsaq, keçid gözlənilən idi. Təcrübəli mütəxəssis bir müddət öncə hücumçu axtarışında olduğunu dilə gətirmişdi.
Qeyd edək ki, Ulisse Diallo Macarıstan karyerasına 2013-cü ildə "Ferentsvaroş" klubuna transfer olaraq başlamışdı.




