Kifayət qədər gərgin keçən "İnter" - "Milan" qarşılaşmasında meydan sahibləri qələbəyə sevindi - 2:1.

"Rossyonerlər"in yenilgisində azlıqda qalmaları böyük rol oynadı. 58-ci dəqiqədə qarşısında ikinci sarı vərəqəni görən Zlatan İbrahimoviç meydanı vaxtından əvvəl tərk etdi. Halbuki 39 yaşlı forvard xeyli vaxt idi "qırmızı" almırdı. 

Offsideplus.az xəbər verir ki, İbrahimoviç sonuncu dəfə 2015-ci ildə, Çempionlar Liqasının 1/8 final mərhələsinin görüşündə hakimin sərt üzünü görmüşdü. Martın 11-də İngiltərədə baş tutan "Çelsi" - PSJ qarşılaşmasında (2:2) fransızların uğurlar üçün tər tökən İbrahimoviç  Oskara qarşı kobud oynayaraq, 30-cü dəqiqədə meydandan qovulmuşdu.