"Qalatasaray"ın prezidenti Mustafa Cengiz özündən çıxıb.
Onu əsəbləşdirən isə Oğulcan Çağlayana görə sarı-qırmızılara verilən cəzadan sonra "Fənərbağça"nın başqanı Ali Koçun "Qalatasaray"ın ünvanını işlətdiyi ifadələr olub.
Offsideplus.az xəbər verir ki, klub televiziyasına açıqlama verən Cengiz koçun ünvanına sərt sözlər işlədib: "Ali Koç, həddini biləcəksən! Türkiyənin ən varlı insani ola bilərsən. Allah daha artığını yetirsin, amma məhkəmələri yönləndirə, onlara təzyiq göstərə bilmərsən. Buna nə həddin çatır, nə hüququn. Ali, Koç, həddini bil! Kimsə öz gözündəki çirki görmədən başqalarının gözündə zibil axtarmasın".
Qeyd edək ki, "Fənərbağça" başqanı Türkiyə Futbol Federasiyasının qaydalarını pozaraq Oğulcanı meydana buraxdığına görə cəza ilə üzləşəndən sonra Ali Koç bu açıqlamanı vermişdi: "Münaqişələrin Həlli Şurasının çıxardığı qərarı hamımız bildik. Bu, Türkiyə futbolunda bir mərhələdir. Transfer edəndə qaydalarla doğru-düzgün davranmaq lazımdır. Bəzi klublar illərdir bu kimi mövzulara önəm vermirdi. Futbolçunu aldatmağın cəzası var".