"Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike ölkəsinin mətbuatına verdiyi müsahibədə keçmişə boylanıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Qarabağ" təmsilçisinə keçidindən söz açıb. Ağdamlıların Bakıda "Roma" ilə matçında (1:2) fərqlənməklə, Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu kimi tarixə düşən Enrike arzusuna çatdığını bildirib: “O vaxt “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni buraxmasını xahiş etdim. Bir az söhbət etdik və mən Azərbaycana yollandım. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da "Qarabağ"da çatdım”.
Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib. Bu komandada bütün yarışlarda 26 oyunda forma geyməklə rəqib qapılarına 6 dəfə yol tapıb.