Edin Terziçin Dortmund "Borussiya"sının "sükanı" arxasına keçməsi çoxlarının ürəyincə deyil.
Az qala hər yerindən duran 38 yaşlı mütəxəssisin uğurlu seçim olmadığı deyir, "Borussiya"nı uçuruma aparacağını iddia edir. Belələrindən biri də vaxtilə Almaniya millisinin və "Bavariya"nın şərəfini qorumuş Mehmet Şolldur. "Bavariya" ilə 8 dəfə Almaniya çempionu olmuş ötənlərin məşhur futbolçusu Terziçin oyunu təhlil etmək bacarığının olmadığını söyləyib.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Şollun dedikləri Yurgen Kloppu özündən çıxarıb. "Liverpul"un çalışdırıcı mətbuat vasitəsi ilə sabiq "Bavariya"lıya cavab verib: "Şoll məşqçilərin işinə qiymət vermək üçün hansı əsaslara sahibdir? Onun dedikləri avtomobil sənayesi haqda danışmağa bənzəyir. Mehmet gənc alman məşqçiləri mühakimə etməklə sanki özünə çağırış edir. Yəni ki, mən də varam. Mən kiminsə işinə münsibət bildirməyə nifrət edirəm. Ancaq o, davamlı olaraq tanımadığı adamlar haqda danışır. Vaxtilə özü məşqçilik etmək istədi, ancaq alınmadı. İndi də qaşıqla ağıl yeyibmiş kimi danışır. Sanki hamıdan ağıllıdır. Hər kəs özünə baxıb, sonra başqası haqda danışmağı bacarmalıdır".
Qeyd edək ki, Yurgen Klopp Edin Terziçlə "Borussiya"dan tanışdırlar. Klopp əsas komandanı çalışdıranda, Terziç akademiyada işləyirdi.