Rusiyanın "Matç" TV kanalında çalışan həmyerlimiz oktyabrdakı ictimai qınaqdan sonra "feysbuk" profilini dondurmuşdu.

Offsideplus.az xəbər verir ki, uzun illərdir adıçəkilən telekanalda şərhçilik edən Elvin Kərimov oktyabrın 31-də müvəqqəti bağladığı səhifəsini təxminən 2 aylıq fasilədən sonra açıb. 

Qeyd edək ki, Azərbaycan mətbuatında "Matç" TV-nin bilərəkdən "Qarabağ"ın Avroliqadakı oyunlarını yayınlamaması ilə bağlı yazı dərc olunandan sonra Elvin buna sərt reaksiya göstərmiş, yazı müəllifi olan həmkarını təhqir etmişdi. Kərimovun "feysbuk"da qələmə aldığı həmin yazıdan sonra çox sayda həmyerlimiz onu telekanalın erməni rəhbərinin tapşırığını yerinə yetirməkdə günahlandırmışdı. 

70e1c Elvin Kerimov