"Atlanta" yeni baş məqşçisini ictimaiyyətə təqdim edib.

Qabiel Haytze bundan sonra ABŞ təmsilçisini çalışdıracaq.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 42 yaşlı mütəxəssislə 2 illik anlaşma əldə olunub.

Qeyd edək ki, futbolçu olduğu dönəmlərdə PSJ, "Mançester Yunayted", "Roma" kimi məşhur komandaların şərəfini qoruyan argentinalı 2007-2009-cu illər aralığında "Real"ın uğurları üçün tər töküb. Haynze bu yaxınlara qədər vətənində "Veles Sarsfild"ə rəhbərlik edirdi.