AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 8-ci turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Nikola Vuyadinoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Qeyd edək ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.