Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında Azərbaycan çempionatında XXII tura start verilib.

Offsideplus.az xəbər verir ki, bu gün turun ilk iki görüşü baş tutub.

Turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Səbail” “Qarabağ”a məğlub olub. Ağdam təmsilçisinin hər iki qoluna Ağabala Ramazanov imza atıb.

Digər matçda isə autsayder “Kəpəz” öz meydanında “Keşlə” ilə qolsuz bərabərə qalıb.

“Qarabağ” – “Səbail” – 2:1

Qollar: Ağabala Ramazanov, 13, 51 - Pərviz Qaraxanov, 28

“Kəpəz” – “Keşlə” - 0:0

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.