Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi keçirilib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyəti ilə görüşüb. AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Canni de Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.

{gallery preview_height=400 open_graph=0}2020-09-04/afa-1/{/gallery}