AFFA prezidenti Rövnəq Abdullayev milli komandamızın baş məşqçisi Canni De Byazi ilə görüşüb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA prezidenti baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.
Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək matçlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da görüşdə iştirak edib.