"Real Madrid"in hücumçusu Luka Yoviç ölkəsi Serbiyada karantin qərarını pozduğu üçün tənqid hədəfinə çevrilib.
Offsideplus.az xəbər verir ki, futbol dünyasının ulduzları koronavirusa pandemiyası səbəbindən bir müddətdir evdən kənara çıxmırlar. Ancaq hamı cəmiyyət üçün bu qədər diqqətli davranmır.
"Real Madrid"li Luka Yoviç karantin qaydalarını pozduğu üçün çətin günlər keçirə bilər. Ötən həftə sevgilisinin ad gününü qeyd etmək üçün Madriddən Serbiyanın paytaxtı Belqrada gedən 22 yaşlı oyunçu 14 günlük karantin qaydasına əməl etməyib.
Belqrad küçələrində və doğum günü partisində fotoları yayılan Yoviç məsuliyyətsiz davranışına görə məhkəmə qarşısına çıxarıla bilər.
Qeyd edək ki, Serbiyada karantin qaydalarını pozanları 12 ilədək həbs cəzası gözləyir.